Bu ay Bakıda “AIIF-2019” sığorta forumu keçiriləcək

Bu ay Bakıda “AIIF-2019” sığorta forumu keçiriləcək, Oral Aliyev

Forumun mövzusu açıqlanıb

Bakucity.az xəbər verir ki, iyunun 28-də Bakıda  IX Azərbaycan Beynəlxalq Sığorta Forumu (“AIIF-2019”) keçiriləcək. Forumun mövzusu"Azərbaycanda sığorta: trendlər və imkanlar”dır. 

Forumun məqsədi sığorta sahəsində son trendləri müzakirə etmək, bazarın inkişaf imkanlarını araşdırmaq, işgüzar əməkdaşlığı gücləndirməkdir. Bunun üçün "Qafqaz regionunun inkişaf etməkdə olan sığorta bazarları böyüməyə hazırdır", "Həyat sığortasında yeni prespektivlər", "Azərbaycan bazarının təkrarsığorta həlləri" kimi mövzular müzakirə ediləcək. Həmçinin, Azərbaycanda sığortanın əhatə dairəsinin genişləndirilməsi konteksində "Əmlak sığortası - sığortanın artırılması üçün müasir yanaşmalar", "Kənd təsərrüfatı sığortası - sığortanın əhatəsini yaxşılaşdırmaq üçün rəqəmsal gücdən istifadə", "Avtomobil sığortası - gələcək tənzimləmə problemləri" kimi mövzular da müzakirə obyekti olacaq. 

Qeyd edək ki, bu barədə tədbirin təşkilaçılarından olan Rumıniyanın "XPrimm" şirkətindən bildirilib.

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər