Bakıda "Baku Summer Jazz Days" festivalının açılışı keçirilib – FOTO

Beynəlxalq Caz Festivalı iyunun 15-dək davam edəcək

Bakucity.az xəbər verir ki, iyunun 10-da Beynəlxalq Muğam Mərkəzində «Baku Summer Jazz Days» festivalının açılışı keçirilib. Festival iyunun 15-ə kimi davam edəcək. 

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən «Baku Summer Jazz Days» festivalının təşkilatçısı "Premier LTD Art Management" istehsal mərkəzidir.

Bakıda caz musiqisi günlərini tanınmış Fransız saksafon ifaçısı Erik Truffaz öz kvartet virtuozu ilə açıb.

Tədbirdə mətbuat nümayəndələri, Azərbaycanın tanınmış caz ifaçıları və bu unikal musiqi janrının pərəstişkarları iştirak ediblər.

Konsertdən öncə tanınmış azərbaycanlı cazmen, bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov Bakucity.az-a Truffazın sənəti ilə bağlı fikirlərini bölüşüb.

“Fikrimcə, Erik Truffazın sənəti bu gün üçün kifayət qədər qeyri-adidir. Onun musiqisində nəsə xüsusilik var. O, elektronika, ritmlərlə eksperiment etməyi xoşlayır. Mənim üçün onun musiqisini dinləmək çox maraqlıdır. Təəssüf ki, bundan əvvəl heç vaxt onun konsertində olmamışam, buna görə də bu gün məmnuniyyətlə gəlmişəm”.

Azərbaycanın tanınmış caz bəstəkarı, xalq artisti Salman Qəmbərov öz növbəsində, isveçrəli musiqiçinin sənəti ilə yaxından tanış olmadığını, amma konsertin maraqlı, caz müxtəlifliyi ilə dolu olacağına əmin olduğunu bildirib.

Gecənin aparıcısı teleaparıcı, Azərbaycan Milli Konservatoriyasının müəllimi, caz şərhçisi Tofiq Həsənsoy olub. Festivalın açılışında T. Həsənsoy «Baku Summer Jazz Days-2019» proqramı barədə məlumat verib və bu tədbirin əhəmiyyətindən danışıb.

Sonra Erik Truffaz öz musiqiçi qrupu ilə səhnəyə çıxıb. Tamaşaçıları Azərbaycan dilində salamladıqdan sonra, iki mahnı ifa edən musiqiçi bu əsərlərin səhnədə ilk dəfə ifa edildiyini bildirib. Qeyd edək ki, onun musiqisinin bir özəlliyi də hip-hop, rok-rol və ritmik rəqs musiqi əsərlərini mahir şəkildə tərtib etməkdir.

Tamaşaçılar konserti böyük bir coşğu ilə qarşılayıb, üstəlik, E. Truffazın musiqi sehrinə dalaraq rəqs edənlər də tapılıb. Bütün bunlar göstərir ki, növbəti beynəlxalq caz festivalı seriyasının açılışı çox yaxşı keçib. Demək olar ki, bundan da yaxşı olacaqdır!

Qarşıdakı günlərdə Adam Ben Ezra, Gürcüstanın etno-caz qrupu İRİAO, fransalı bəstəkar, gitaraçı-virtuoz Tom Ibarra, Rusiyanın Olqa Lundstrem adına caz orkestri kimi musiqiçi və qrupların maraqlı konsertləri keçiriləcək.

Züleyxa İsmayılova

Fotoqraf: Ceyhun Rəhimzadə

Bakucity.az

festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
7 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...
Hadisələr
Yaralılardan ikisi uşaqdır Bakıda avtobus qəzaya uğrayıb. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar. Həmçinin oxu: Bakıda avtobusa hüc...
Cəmiyyət
Vətəndaşları narahat edən sualların cavabı Son günlər Bakıda dövlət tərəfindən satışa çıxarılacaq kirayə mənzillərlə bağlı məsələ müzakirə olunur. BakuCity.az xəbər verir ki, tanınmış jurnalist, iqtisadçı Əli Əhmədov mövzu ilə bağlı vətəndaşları narahat edən sualları canlı yayımda cavablandırıb. Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB Həmin videonu təqdim edirik: BakuCity.az
Kriminal
Cinayət işi açıldı Bakının Sabunçu rayonunda dəhşətli cinayət baş verib. BakuCity.az xəbər verir ki, hadisə şahidlərinin Baku.ws-ə verdikləri məlumata görə, cinayət dünən saat 22 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un 10-cu binasında baş verib. Bildirilir ki, gənc oğlan həmin ünvanda kirayədə qalan anası və bacısını xüsusi amansızlıqla qətlə yetirib. Ölənlər 1994-cü il təvəllüdlü Elgün Əbülfəz qızı Niftizadə və onun anası 196...
Mədəniyyət
Abşeron və Xəzər dənizinin romantiki... Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq. Bu barədə BakuCity.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə k...
Kriminal
Hazırda fəaliyyəti dayandırılıb  Bakıda şirniyyat sexi qarət edilib. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə sex sahibi Mustafayeva Svetlana Ağamir qızı məlumat verib. Sahibkar bildirib ki, noyabrın 6-dan dekabrın 10-na qədər olan müddət ərzində ona məxsus, hazırda fəaliyyəti dayandırılmış, Bakı şəhəri, Yeni Yasamal-2, Xiyabani küçəsi, 9 ünvanında yerləşən şirniyyat sexindən naməlum şəxslər dəyəri 140-150 min manat olan 4 ədəd soba,...