O, sonuncu dəfə çimərlikdə görünüb
Bakucity.az xəbər verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Məlumatda bildirilir ki, P.Yarıyeva sonuncu dəfə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızıl Qum" çimərliyində görünüb.
Faktla bağlı araşdırma aparılır. (Trend)
Bakucity.az