Bakıda incəsənətə təlabat nə qədərdir? – EKSPERT RƏYİ

Ömər Eldarov: “Gənclər daha çox Dizayn fakultəsini seçir”

Memar-heykəltaraş, Azərbayacn Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarovun Bakucity.az-a müsahibəsi. 

- Bu gün Bakıda incəsənət fakultələrinə təlabat necədir?

- Fikrimcə nə qədər kiçik olsa belə, özünə hörmət edən ölkə incənətin bütün növlərinə, o cümlədən təsviri növünə uyğun ali məktəblərə: konservatoriya, arxitektura institutları və s. malik olmalıdır. Keçmişdə də mədəniyyət xadimləri və müəllimlər belə hesab edirdilər. Təsadüfi deyil ki, böyük Üzeyir Hacıbəyov əlindən gələni elədi ki, Azərbaycanda konservatoriya fəaliyyətə başlasın. 

Bu gün incəsənət fakultələrinə tələbat tam mücərrəddir. Praktiki təlabat yoxdur. Rəssamların, konservatoriyanı bitirən bəstəkarların müəyyən hissəsi sənətinə uyğun iş tapa bilmir. Təəssüf ki, belə problem mövcuddur. Amma, millətin intellektual inkişafı üçün incəsənət lazımdır.

Müasir dövrdə insanlarda incəsənətə həvəs çoxalıb. Akademiyamıza bu sahədə ikinci təhsil almaq istəyən çoxlu tələbə qəbul olunur. Hətta texniki təhsillilər də gəlirlər. 

Biz çətin dövrdə yaşayırıq, hər şeyi kassa yığımı həll edir. Teatrlar az adam toplayır. Stadionlar başqa məsələ, burda yığım minlərlərlədir.

- Rəssamlıq Akademiyasında hansı fakultələrə tələbat daha çoxdur?

Dizayn fakultəsinə. Amma, indi hər şeyi komputerdə yaratmaq qəbul olunub. Bizim akedimayada isə tələbələr öz əlləriylə yaratmağı öyrənirlər.

- Ümumiyyətlə, incəsənətdə müasir gəncliyi necə qiymətləndirirsiniz?

- Azərbaycanda olan gənclərdən daha istedadlılarına heç harda rast gəlməmişəm. Bu təsviri incəsənətə, musiqi və digər özünüifadə növlərinə aiddir. Məsələn, bizim tələbələr çox qısa təhsil müddətində yaxşı nəticələr əldə edirlər.

Bir müddət əvvəl bizə Rusiya Nazirlər Şurasının sədr müavini Olqa Yuriyevna Qolodes gəlmişdi. O, tələbərimizin işlərinə mat qaldı, nəticələrə heyrtləndi. Bundan sonra Qolodes məni  Sankt-Peterburqdakı Repin adına Rəssamlıq Akademik İnstitu ilə müqavilə bağlamağa dəvət etdi.

Olqa Yuryevna bizmlə əməkdaşlığa o qədər can atırdı ki, qısa bir müddətə bütün lazımi protoklları hazırladı.

- Deməli, belə çıxır ki, şəhərimizdə və ölkəmizdə incəsənətin gələcəyi var...

- Əlbətdə! Xalqımız istedadlıdır. Mədəniyyətə təlabat və istehsal yüksək olmalıdır. İnsan hansı sənətdə olursa olsun, poeziya, musiqi və rəsmlə maraqlanmalıdır. Bu onu intellektual edir. 

Züleyxa İsmayılova

Bakucity.az 

Ömər Eldarov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək. Bu gündən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və...
Kriminal
Bakıda intihara cəhd olub. BakuCity.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 33 yaşlı Sahil Məmmədov yaşadığı evin həyətindəki köşkdə özünü asıb. Hadisə yerinə yetişən şəxslər onu xilas edib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. BakuCity.az
Cəmiyyət
Tofiq Yaqublunun vəkilinin vəsatəti təmin edilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib. BakuCity.az xəbər verir ki, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb. Həmçinin oxu: Bakı polisi və prokurorluq Tofiq Yaqublu ilə bağlı birgə məlumat yaydı Qeyd edək k...
Cəmiyyət
"Sədərək" nəzarətə götürülüb. Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb. BakuCity.az xəbər verir ki, bu barədə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib. Müşavirin sözlərinə görə, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: "Bu barədə ticarət mərkəzinin rəhbə...
Cəmiyyət
Sutka ərzində ümumilikdə 117 nəfər koronavirus infeksiyasına yoluxub. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakuity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
Pensiya sistemi təkmilləşdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək pensiyaları haqqında qanuna dəyişiklik" layihəsi hazırlanıb. BakuCirty.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına ş...
Mədəniyyət
Nişan Moskvada baş tutub. Azərbaycanın xalq artisti, tanınmış müğənni Emin Ağalarov Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlanıb. BakuCity.az xəbər verir ki, bu barədə xəbər sosial şəbəkədə yayılıb. Eminlə Fatimənin nişan mərasimi Moskvada baş tutub. Bir müddət öncə Emin Ağalarov həmin xanımın şərəfinə musiqi də bəstələyib: “Bu, mənim üçün gözlənilməz bir musiqidir”, - E.Ağalarov bildirib....
Ekologiya
Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz...
Cəmiyyət
"Şəki Bazarı" ASC koronavirusun yayılmasınamsəbəb olub. "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi Şəkidə yerləşən “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin Covid-19 infeksiyasına yoluxduğu aşkar edilib". BakuCity.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. “Şəki Bazar” ASC-də baş verən...