Rusiyalı turistlərin çoxu istirahət üçün Bakını seçir

Rusiyalı turistlərin çoxu istirahət üçün Bakını seçir

Bakı kurortları MDB-də beş ən yaxşı istiqamət arasında yer alıb

Bakucity.az xəbər verir ki, “TurStat” analitik agentliyi rusiyalı turistlərin yay istirahəti üçün populyar olan MDB-nin ən yaxşı kurortlarının siyahısını açıqlayıb. 

Ən yaxşı istiqamətlər arasında Xəzər dənizi sahilində Bakıdakı Abşeron kurortları da var. 

Bakı kurortları ilk “beşlik”dəki ən bahalı istiqamətdir.

MDB ölkələrində yay tətillərinin əsas üstünlükləri vizasız rejim, rus dili biliyi və yerli sakinlərin qonaqpərvərliyi, ucuz istirahət, dadlı yeməklər və meyvələrdir. 

Reytinq Rusiya turistlərinin istirahət səfərlərinin təhlili və istirahət infrastrukturunun inkişafına əsaslanır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər