Bakıda 16 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda 16 yaşlı oğlan küçədə bıçaqlandı, Oral Aliyev

Paytaxtda yeniyetmə küçədə bıçaqlanıb

Bakucity.az xəbər verir ki, Şəki şəhərində anadan olmuş, Binəqədi qəsəbə sakini, 2002-ci il təvəllüdlü İsayev Sakit Teymur oğlu bıçaqlanıb. Onu bıçaqlayan 2003-cü il təvəllüdlü Vəliyev Nicat Bağban oğludur. 

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 5-ci döngədə yerləşən "Neptun" marketin qarşısında baş verib. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. (Trend)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər