Bakıda yol polis "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq
Bakucity.az xəbər verir ki, təsdiq olunmuş plana əsasən, yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub.
Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı bunları deyib:
"Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.
DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, "Son zəng" günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.
Sürücü və piyadalara tövsiyyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər". (Qafqazinfo.az)
Bakucity.az