Bakıda yeni metro stansiyaları bu ərazilərdə tikiləcək - SİYAHI

Bakının bəzi ərazilərində yeni metro xətləri istifadəyə veriləcək

Bakucity.az xəbər verir ki, 2020-ci ilə qədər hansı ərazilərdə metro stansiyaların fəaliyyətə başlaması "B3" xəttinin istifadəyə verilməsindən sonra bəlli olacaq.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bunları deyib:

“"Ümumilikdə 76 metro stansiyanın fəaliyyət göstərməsi nəzərdə tutulur. Perspektiv inkişaf planının isə 2030-cu ilədək reallaşdırılması planlaşdırılır. Lakin bu plan gözlənilən müddətdən bir qədər tez, yaxud da gec reallaşa bilər. Bütün bu işlər tikintinin sürətindən, relyefin mürəkkəbliyindən asılıdır". "Perspektiv inkişaf planına müvafiq olaraq Yeni Günəşli qəsəbəsində də bir metro xəttinin istismara verilməsi planlaşdırılır. Lakin hələlik bu istiqamətdə hər hansı işə başlanılmayıb. Sadəcə olaraq metrostansiyanın hansı ərazidə tikiləcəyi bəllidir" 

B.Məmmədov digər tikilməsi planlaşdırılan digər metro stansiyalarla bağlı da məlumat verib: 

"Ağ şəhər adlanan ərazidə "Y14", "Y15" metro stansiyasının tikilişi üçün bəzi ərazilər artıq hasara alınıb. Konseptual inkişaf sxemini götürsək, görərik ki, metro sxeminin yaşıl dairəvi xəttində "Xətai" metrostansiyasından sonrakı iki stansiya məhz "Y14" və "Y15"dir. Həmin dairəvi xətdə daha sonrakı stansiyanın isə "Nargilə kafesi" adlandırılan ərazinin yaxınlığında, yəni Xətai rayonunda tikilməsi planlaşdırılır. Bundan sonra isə "Həzi Aslanov 2" stansiyasının tikintisi nəzərdə tutulub. Tikintisi planlaşdırılan həmin stansiyadan da "Həzi Aslanov" xəttinə keçid olacaq.

"Daha sonra Köhnə Günəşli, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrində yeni metro stansiyalar istismara veriləcək. Sonrakı planda isə "Koroğlu" metro stansiyasından Bakı Olimpiya Stadionuna da keçid olacaq. "1", "2", "3" adlandırdığımız bu stansiyalar "Dərnəgül" xəttinə birləşəcək. Beləliklə də dairəvi yaşıl xətt yaranacaq".

Qeyd edək ki, hazırda "Bakı Metropoliteni" QSC-nin 25 stansiyası fəaliyyət göstərir. (Sputnik Azərbaycan)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
4046 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
170 nəfər ödənişsiz anju əməliyyatı keçirib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 5 özəl xəstəxana ilə müqaviləsi var. BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı da...
Cəmiyyət
Keçmiş direktor isə vitse-prezidentinin müavini oldu  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub. Bu barədə BakuCity.az-a SOCAR-dan məlumat verilib. B.Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft A...
Cəmiyyət
Avadanlıqların istismar müddəti də keçib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. AQTA-dan BakuCity.az-a verilən məlumata görə, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexin bir n...
Mədəniyyət
Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər edildi Dekabrın 12-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar repertuarda dəyişikliklər edilib. BakuCity.az xəbər verir ki, mərkəzin repertuarına Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasının çəkdiyi “Əbədiyyət yolu” adlı sənədli film daxıl edilib. Filmin seansları 13:10 və 15:30-da keçiriləcək. Seanslara giriş sərbəstdir. Həmçinin dekabrın 12-də...
Cəmiyyət
Ögey ana hamilə olduğu üçün polisin nəzarəti altına verildi Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Prokurorluqdan BakuCity.az-a verilən məlumata görə, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziy...
Cəmiyyət
"Hər kəsin bu təbliğata qoşulmasını istəyirik" Yol polisi Bakıda son günlər piyadaların ölümü ilə nəticələnən hadisələrin artması ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BakuCity.az-a bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır: "Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə...
Cəmiyyət
Evlərin alınması və təmiri prosesi başa çatıb Bakıda kirayə mənzillərin satışa çıxarılacağı vaxt açıqlanıb. BakuCity.az məlumat verir ki, bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. İpoteka və Kredit Zəmanət Fondu artıq bu mənzilləri təklif etməyə hazırdır. Bu il yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında fərman...
Cəmiyyət
Bir sıra yollar bağlanacaq Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti - Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Həmçinin oxu: Bakının bu yolları tam bağlanacaq - SİYAHI Qeyd edilib ki, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşr...
Cəmiyyət
Qonaqları Yeni il sürprizləri gözləyir Ləziz yeməklərlə bəzədilmiş süfrə, yolka ağacı, Şaxta baba, Qar qız, bayrama özəl sürprizlər, musiqi, şoular və atəşfəşanlıq – bir sözlə, 31 dekabrda əsl Yeni il ab-havası yaşamaq hər kəsin istəyidir. Bəs  bütün bunları hansı məkanlarda həyata keçirək? BakuCity.az bu məqsədlə paytaxtın ən prestijli restoranlarında təşkil ediləcək bayram tədbirləri və xidmətlərlə maraqlanıb. “Baku City”də Yeni ili ulduzlu şou-proqramla...