Bakıda “Qurtuluş Günü” ilə bağlı konsert olacaq

Bakıda “Qurtuluş Günü” ilə bağlı konsert olacaq

Heydər Əliyev Sarayında “Qurtuluş Günü”nə həsr olunmuş konsert keçiriləcək

Bakucity.az xəbər verir ki, iyunun 13-də baş tutacaq “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!"” adlı konsert proqramında Xalq artistləri Flora Kərimova, Mübariz Tağıyev, Aftandil İsrafilov, Faiq Ağayev, Könül Xasıyeva, Əməkdar artistlər Cabir Abdullayev, Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova, Almaz Orucova, Səlim Abbasov, Elza Seyidcahan, tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyova, Pərviz Bülbülə, Türkan Vəlizadə, Niyam Salami, Aynur İskəndərli, Anara Məmmədova, İlkin Fuad, Elxan Qaraxanoğlu, Murad Sadıx, Aygün Ağayeva, Samirə Əfəndi, Aşıq Namiq Fərhadoğlu və Azərbaycan Dövlət Rəqs Ansamblı iştirak edəcəklər. Konsertin aparıcısı Elcan Rəsulovdu.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir.

Bakıda “Qurtuluş Günü” ilə bağlı konsert olacaq, fotoşəkil-1

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz. 

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər