O, "Jara" fetivalına üçüncü dəfə qatılacaq
Bakucity.az xəbər verir ki, 25-28 iyul tarixlərində Bakıda keçiriləcək “Jara-2019” Beynəlxalq Musiqi Festivalında 2018-ci ildə Azərbaycanı “Eurovision”da təmsil edən müğənni AISEL (Aysel Məmmədova) da çıxış edəcək.
Bu barədə layihənin İnstaqram səhifəsində qeyd olunub. Sənətçi səhnəyə 28 iyul tarixində çıxacaq. Bu, onun beynəlxalq festivalda üçüncü çıxışı olacaq.
Xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonaqları Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Əməkdar artist Miri Yusif, müğənnilər Nigar Camal, İlqar Xəyal və Çingiz Mustafayevdir.
Bakucity.az