Rostov-Bakı aviareysi açılır

Rostov-Bakı aviareysi açılır

Bir istiqamətə biletin qiyməti təxminən 315 manatdan başlayır

Bakucity.az xəbər verir ki, Rusiyanın “İrAero” hava yolları şirkəti iyulun 6-dan etibarən Bakı-Rostov birbaşa hava reyslərini işə salacaq.

Şirkətin rəsmi saytında bildirilib ki, aviadaşımalar “Suxoy Superjet 100” sərnişin təyyarələri ilə şənbə günləri gerçəkləşdiriləcək.

Uçuş müddəti iki saat təşkil edəcək. Təyyarə 12:50-də Bakıdan havaya qalxacaq və 13:50-də Rostova çatacaq. Əks istiqamətdə isə Rostovdan 15:00-da çıxacaq və 18:20-də Bakıya çatacaq.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər