Bakı-Ələt yolunda avtomobil yanıb
Bakucity.az xəbər verir ki, hadisə yolun Biləsuvar rayonu yaxınlığından keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı yük avtomobili hərəkətdə olduğu zaman anidən alovlanıb.
Sürücü vaxtında maşını tərk edərək xəsarət almaqdan xilas olub.
Qeyd edək ki, bu, son 5 gündə Azərbaycan yollarında avtomobillərin yanması ilə bağlı 3-cü faktdır. Bundan öncə Bakı-Astara “VAZ-2015”, Sədərək yolunda isə “Mercedes” yanmışdı. (Baku.ws)