Paytaxtda külli miqdarda nartotika daşıyan şəxs yaxalanıb
Bakucity.az xəbər verir ki, polis Xətair rayonu, Şirvani küçəsi, 1 b saylı binanın qarşısında əməliyyat keçirib.
Əməliyyat zamanı 1994-cü il təvəllüdlü Cabbarzadə Famil Habil oğlu saxlanılıb. Onun üzərindən 5,01 qram narkotik maddə olan tiryək, 6,528 qram isə heroin aşkar edilib.
Əməliyyat zamanı saxlanılan şəxsin idarə etdiyi “99 FD 150” dövlət nişanlı "Ford Transit" markalı avtomobilə baxış keçirilərkən isə 8 kiloqram 500 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bakucity.az