Bu, “The Salamanca Band & Bugles of The Rifles”in Bakıya növbəti səfəridir
Bakucity.az xəbər verir ki, ötən gün Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları olub.
Konsert proqramını Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts və digər şəxslər izləyiblər.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.
Qeyd edək ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bakucity.az