Bu gün Bakı-Batumi marşrutu ilə ilk aviareysi keçirildi
Bakucity.az xəbər verir ki, “Buta Airways”in bu marşrutu Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. “Buta Airways” Bakıdan Tbilisiyə də reyslərə həyata keçirir.
Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib.
Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib:
“Bakı-Batumi reysinin açılması təkcə turizm sahəsində deyil, eləcə də işgüzar sahədə sıx münasibətlərin formalaşmasına xidmət edəcək, çünki Gürcüstan investorlar üçün də çox maraqlıdır”.