Uşu üzrə Bakı kuboku yarışlarına yekun vuruldu

Uşu üzrə Bakı kuboku yarışlarına yekun vuruldu

Uşunun citkundo və çinda növləri üzrə Bakı kubokuna yekun vurulub

Bakucity.az xəbər verir ki, iyunun 16-da Abşeron Olimpiya İdman Kompleksində yekun vurulan yarış yeniyetmələr, gənclər və kişilər arasında keçirilib. 

Çempionatda Bakının idman klublarından 200-ə yaxın idmançı qızıl medal uğrunda mübarizə aparıb. Bakı kuboku üzrə mübarizədə "Arktika" komandası medal hesabına görə birinci olub. "Anar-Mehemmedi" komandası ikinci, "Avatar" komandası isə üçüncü olub.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri federasiya tərəfindən diplom və medallarla təltif olunub.

Bakucity.az 

İdman
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər