Ulduzların siyahısı artırılacaq
Bakucity.az xəbər verir ki, 22 iyun saat 19:00-da "Jara" beynəlxalq musiqi festivalının “pre-party”sində məşhur azərbaycanlı ifaçılar və rus şou-biznesinin bəzi ulduzları çıxış edəcəklər.
Bu barədə festivalın rəsmi “Instagram” səhifəsində bildirilib. Səhifədə həmçinin, siyahının yekun olmadığını və qonaqları daha çox sürprizlərin gözlədiyi də qeyd olunub:
"Bizim “line up” hər gün yeni artistlərlə dolu olur! Siyahının yekun olmadığını və yenilənəcəyini diqqətə çatdırmaq istəyirik.
Bizi izləyin və bu tədbirə qoşulma fürsətini qaçırmayın!"- paylaşımda deyilir.
Belə ki, tədbirdə rus qrupları Serebro və MBAND, Azərbaycanın xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal, "Eurovision 2018" Azərbaycan təmsilçisi Aysel Məmmədova (AISEL), və Çingiz Mustafayev (2019) və başqaları çıxış edəcəklər.
Xatırladaq ki, bu il "JARA-2019" beynəlxalq musiqi festivalı dördüncü dəfə - iyulun 25, 26, 27, 28-də paytaxtın ən məşhur istirahət mərkəzlərindən biri olan “Sea Breeze”də keçiriləcək. Təşkilatçılar - Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqory Leps, “Rusiya radio”sunun və Qızıl Qramofon mükafatının təsisçisi Sergey Kajevnikovdur.
Züleyxa İsmayılova
Bakucity.az