Hadisə aeroport yolunda baş verib
Bakucity.az xəbər verir ki, hadisə ötən gecə aeroport yolunda baş verib. Hərəkətdə olan "KİA" markalı avtomobilin mühərrik hissəsi anidən alışmağa başlayıb.
Avtomobili yolun kənarına çəkən sürücünün köməyinə ətrafdakılar çatıb. Yanğını söndürmək üçün hadisə yerinə yaxınlaşan avtomobillərdəki yanğınsöndürən balonlardan istifadə edilib.
Xəsarət alan olmayıb, avotomobilə isə ziyan dəyib. (Trend.az)
Bakucity.az