“Miss & Mister Azerbaijan 2019" un xanım qalibi rəqs bacarığını nümayiş etdirib
Bakucity.az xəbər verir ki, “Miss & Mister Azerbaijan” Milli Gözəllik Müsabiqəsinin qalibi Səmra Hüseynovanın yeni videoroliki yayılıb.
Model yeni videonu “İnstaqram” sosial şəbəkəsində paylaşıb. Bu videoda Səmra bədən gözəlliyini və rəqs bacarığını nümayiş etdirib.
Qeyd edək ki, Səmra bir sıra beynəlxalq və yerli moda layihələrində iştirak edib. Uzun müddət xaricdə işləyib. 2019-cu ildə isə "Miss Azərbaycan" tituluna sahib olub.
Bakucity.az