ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTO

ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTO

Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub

Bakucity.az xəbər verir ki, 17-18 iyun tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında Amerika Birləşmiş Ştatları yenidən təşkilata üzv qəbul olunub.

37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi Bakı sessiyasında 23 illik fasilədən sonra ABŞ BMTÜTT-də yenidən təmsil olunmaq hüququ əldə edib.

ABŞ-ın təşkilata üzv olması məsələsinin müzakirəsi üçün ABŞ Dövlət Departamentinin Beynəlxalq Təşkilatlar üzrə dövlət katibinin müavini Kevin Moley, Ağ Evin Aparat rəhbərinin baş müavini Emma Katerine Doylin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Bakıya gəlib.

Nümayəndə heyətinin tərkibində Dövlət Departmanentinin İqtisadi işlər üzrə dövlət katibinin müavini, Kommersiya Departameninin səyahət və turizm üzrə katibinin müavini, Beynəlxalq Təşkilatlarla iş üzrə Büronun sədr müavini kimi dövlət müşavirləri təmsil olunurlar.

Qeyd edək ki, Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub, 2013-cü ildən isə təşkilatın İcraiyyə Şurasında təmsil olunur.

ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTO, fotoşəkil-1 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTO, fotoşəkil-2

Bakucity.az

sessiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər