Avtomobil idarəetməni itirərək divara çırpılıb
Bakucity.az xəbər verir ki, günorta saatlarında Bakıdan Saray yolu ilə Sumqayıt istiqamətində hərəkət edən “Mercedes” markalı avtomobil idarəetməni itirərək divara çırpılıb.
Qəzaya səbəb kimi yüksək sürət göstərilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım briqadası gəlib.
Məlumata görə, sürücü hadisə yerində dünyasını dəyişib. (Oxu.az)