Bakıda Oqtay Kazımiyə həsr olunmuş konsert keçiriləcək

Bakıda Oqtay Kazımiyə həsr olunmuş konsert keçiriləcək

Azərbaycanın tanınmış ifaçıları bəstəkarın mahnılarını səsləndirəcək

Bakucity.az xəbər verir ki, iyunun 25-də saat 19:00-da Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Gecədə Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova, Nigar Şabanova, Aqşin Abdullayev, tanınmış müğənnilər Ayaz Qasımov, Samir Piriyev, Rövşən Əziz, Ərəstun Quliyev, Nərmin Kərimbəyova, Nadir Qafarzadə, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Fuad Musayev, Zabitə Alıyeva və başqaları iştirak edəcəklər.

İfaçıları Cavad Tağızadənin dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik orkestri və Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblı müşaiyət edəcəklər.

Konsertdə Oqtay Kazıminin musiqisevərlər arasında sevilən “Əlvida”, “Bakının qızları”, “Qocalır anam”, “Tələsin insanlar”, “Dünya bir nəğmə idi”, “Bu dünya”, “Eşqimin bəxti”, “Mehriban insanlar”, “Qaytar eşqimi”, ”Cavanlığım”, ”Qaytağı” və digər mahnıları səsləndiriləcək.

Biletlər şəhərin bütün kassalarında satılır. 

Bakucity.az

konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər