Paytaxtın Abşeron rayonunda baş verən qəza ölümlə nəticələnib
Bakucity.az xəbər verir ki, Abşeron rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb.
Hadisə ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bakucity.az