Səhər saatlarında Bakı metrosunda nə baş verib?

Səhər saatlarında Bakı metrosunda nə baş verib?, Oral Aliyev

Bakı metrosunun işində nasazlıq yaranıb

Bakucity.az xəbər verir ki, hadisə metronun “Xalqlar Dostluğu” stanaiyasında baş verib. Belə ki, səhər saat 08:00 radələrində “Həzi Aslanov” stansiyasından start götürən qatarda “Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb.

Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür.

Qeyd edək ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər