Paytaxt komandalarının potensial rəqibləri məlum olub
Bakucity.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Avropa Liqasında ölkəmizi Bakının iki klubu - “Neftçi” və “Səbail” təmsil edəcək.
“Neftçi”nin potensial rəqibləri “Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Pandev Akademiyası” (Makedoniya), “Speranta” (Nisporeni, Moldova) və ya “Zeta” (Monteneqro), “Səbail”in isə “Universitatya Krayova 1948” (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hincesti” (Moldova) və ya “Narva Trans” (Estoniya) klublarıdır.
Bakucity.az