Bu gün paytaxtda yanğın baş verib
Bakucity.az xəbər verir ki, hadisə Yasamal rayonunun Qədirli küçəsində qeydə alınıb.
Sözügedən küçədəki ağaclıq sahə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.