Bakıda valideyn müəllimləri polisə şikayət etdi

Bakıda valideyn müəllimləri polisə şikayət etdi

Bakıda valideyn məktəbdə övladından pul istənilməsinə görə polisə müraciət edib

Bakucity.az xəbər verir ki, Bakı sakini olan qadın Xətai rayonu üzrə hüquq-mühafizə orqanlarına ünvanladığı ərizədə bildirib ki, iyunun 6-da 9-cu sinifdə oxuyan oğlundan təhsil aldığı 171 saylı məktəbin müəllimləri tərəfindən pul istənilib.

O, oğlu pul vermədiyinə görə övladının psixoloji təzyiqlərə məruz qaldığını, eləcə də özünün təhqir olunduğunu bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. (report)

Bakucity.az  

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər