Bakı polisi faktla bağlı geniş araşdırma aparır
Bakucity.az xəbər verir ki, Bakı şəhər sakini mənzilindən içərisində 15000 manat və 15000 ABŞ dolları, habelə 40000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlanması ilə bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edib.
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakucity.az