Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaratdı

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaratdı, Oral Aliyev

Qarşıdan gələn yük maşını üçün təhlükə yardıb

Bakucity.az xəbər verir ki,  Balaxanı-Binəqədi yolunda qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan yol polisi vətəndaşlardan biri tərəfindən kameraya çəkilib.

"99 YP 746" dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaş 1.1 xəttinin tələbini pozaraq əks yola çıxır və qadağan olunmuş yerdə ötmə edir.

Ekspertlər deyir ki, yol polisinin bəzi hallarda qaydaları pozmasına icazə verilir, amma sayrışan işıqları və səs siqnalı işlək vəziyyətdə olan zaman üstünlüyə malikdir. Videoda qayda pozan Yol Patrul Xidməti (YPX) avtomobilinin sayrışan işıqları və səs siqnalı isə yanmır. (Report)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər