Bakıda növbəti Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək

Bakıda növbəti Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək, Oral Aliyev

Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək

Bakucity.az xəbər verir ki, iyunun 1-də Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə baş tutacaq tədbirdə yüksəklikdə tikinti platformaları, avtomobil və sənaye boyaları, avtomobillər üçün təhlükəsizlik kameralar və radarlar, elektrik LED işıqlandırma lampaları, elektrik stansiyalar üçün avadanlıqlar, istixana materialları və digər sektorlarda fəaliyyət göstərən 13 Koreya şirkəti iştirak edəcək. 

Onların sırasında "Hanguk Mols Kimje", "Hansin Special Equipment", "HyeSung G-Tech", "Costech", "Pixthea Corp", "Sunghyun", "Changwon Metal Industry" və s. yer alıb. (APA)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər