Abşeronda 15 yaşlı oğlan eyvandan yıxılıb ölüb
Bakucity.az xəbər verir ki, ötən gün Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, mən 74-də yaşayan 2004-cü il təvəllüdlü Kənan Musayev ehtiyatsızlıqdan evin eyvanından yıxılıb. O, Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az