Bakı sakinlərinin nəzərinə: əməkhaqqı və pensiyalarda artım olacaq

Yeni sərəncama əsasən 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artım olacaq

Bakucity.az xəbər verir ki, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq 2-ci ciddi artımdır.

Bu ilin ilk aylarında ölkə başçısı sosial islahatlar proqramının tərkib hissəsi kimi, 8 fevral 2019-cu il tarixli sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı.

Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerdə qərar tutacaq. 18 iyun 2019-cu il tarixdə imzalanan digər Sərəncamlarla müxtəlif qurumlarda çalışanların əmək haqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-50% artırılması tapşırılır.

Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.

Ümumilikdə, 18 iyun 2019-cu il tarixli sərəncamlarla ölkədə minimum əməkhaqqının, müxtəlif sahələrdə işləyənlərin əməkhaqlarının artırılması 1 milyon 350 minədək insanı əhatə edəcək. Bu insanlardan 1 milyonu dövlət, qalanları isə özəl sektorda işləyənlərdir.

Prezident İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü kimi, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması təmin ediləcək. Bununla əlaqədar qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək.

Qeyd edək ki, bu artım ölkə başçısının təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb ki, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə edib.

2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla, 116 manatdan 200 manata çatdırılıb.

Beləliklə, dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının, həmçinin dövlət başçısının qanunvericilik təşəbbüsü nəticəsində minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək.

Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün dövlət tərəfindən bu ilin qalan dövrü üzrə 660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq.

Bakucity.az

əməkhaqqı və pensiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bu, qonşu ölkədə koronavirusa ilk yoluxma halıdır Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusla gəlib. BakuCity.az-ın məlumatına götə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib. Mikroavtobu...
Cəmiyyət
Nazir aydınlıq gətirdi Mədəniyyət Nazirliyinə Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Ə.Qarayev bildirib ki, əgər müvafiq qərar verilsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələ nəzərdən keçiriləcək: “Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq...
Siyasət
Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil olunub Fevralın 26-da Moldovanın paytaxtı Kişinyovda Azərbaycan səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilib. BakuCity.az-ın məlumatına görə, ilk dəfə olaraq Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə Moldova hakimiyyət nümayəndələri, ictimai xadimlər, bu ölkədə akkreditə olan diplomatik...
Cəmiyyət
Virusun inkubasiya dövrü 14 günə qədərdir Fevralın 25-də İran Islam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqqında məlumatın əsasında Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar. Bu qurumların mətbuat xidmətlərindən BakuCity.az-a verilən birgə məlumata əsasən, araşdırma zamanı həmin...
Cəmiyyət
Xəzəri ən çox çirkləndirən axarlar Sahil və Xocasən qəsəbələrində formalaşır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova BakuCity.az-a bildirib ki, monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən ç...
Cəmiyyət
Tətillərin müddəti də müəyyən edilib Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiq edib. BakuCity.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir. Qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədr...
Cəmiyyət
Badamdar şosesi istiqamətində yaranan tıxac da aradan qalxacaq Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqaladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytax...
Cəmiyyət
Gürcüstandakı səfirliyimiz də məsələyə münasibət bildirib "Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil". BakuCity.az-ın məlumatına görə, bu barədə Gürcüstan Baş Nazirinin Administrasiyasından APA-nın yerli bürosuna açıqlama verilib. Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: "Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla g...
Cəmiyyət
Qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın geniş tətbiqi Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların g...