Bakı sakinlərinin nəzərinə: kredit məbləği həddi artırıldı

Dəyişikliklərə qədər kredit məbləği üzrə hədd 200 min manat təşkil edirdi

Bakucity.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği həddi 350 min manatadək artırılıb.

Bu barədə Fondun "Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları"na edilən dəyişikliklərdə deyilir.

Bu dəyişikliklərə qədər kredit məbləği üzrə hədd 200 min manat təşkil edirdi.

Zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.

Qeyd olunan dəyişikliklər təminat yetərsizliyi səbəbindən bank kreditlərinə çıxışı olmayan sahibkarlıq subyektləri üçün maneələrin aradan qaldırılmasına və daha çox sahibkarın maliyyə resurslarına çıxış imkanlarının artırılmasına şərait yaradacaq.

Həmçinin, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası"nın 7.4-cü bəndinə görə, təminatın kreditə nisbəti kateqoriyalarının (aşağı, yuxarı və orta) hədlərini Fondun İdarə Heyəti müəyyən edir və ona ən azı ildə bir dəfə olmaqla yenidən baxılır.

Bakucity.az

kredit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
16 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Hadisə Nərimanov rayonunda qeydə alınıb. Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb.  1991-ci il təvəllüdlü Q.Q. ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü N.X.-ya ağır xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Məktəbliyə yeni dərsliklər verilib Atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelinanın məktəb problemi həll olunub. Bakucity.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov yayıb. O bildirib ki, Raskopa Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub: “Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məkt...
Kriminal
Firdovsi Ələkbərov özünə genral forması tikdirib. Bakıda Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin (İnternational Human Rights Defence committe (CIPDH)) saxta generalı həbs edilib.  Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 22-də Nərimanov Rayon Məhkəməsi Firdovsi Ələkbərova qarşı üç aylıq həbs qərarı verib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulan F. Ələkbərov Cinayət Məcəlləsinin 178.2.2 (Təkrar dələduzluq) v...
Cəmiyyət
Bakıda “Titan” və “Rational” şirkətlərinin təşkilatçılığı ilə aşpazlar üçün master-klass təşkil olunub. Bakucity.az xəbər verir ki, 30-dan çox aşpazın iştirak etdiyi master-klass zamanı onlara müxtəlif bişirmə texnologiyaları – SmartCooking, buxarda bişirmə, qızartma, mərhələli bişirmə və s. proseslər haqqında əyani üsullarla seminar keçirilib. Aşpazlara nə üçün “Rational”ın dünya bazarında buxar konvektomatları arasında lider olduğu və müxtəlif istehsalat...
Cəmiyyət
Paytaxtın Qaradağ rayonunda daş karxanasında ölümlə nəticələnən yanğın olub. Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, gecə saatlarında “Korgöz” daş karxanasında baş verən yanğında Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb. Ehtimala görə, yanğın daş karxanasının istirahət otağında başlayıb.  Qeyd edək ki, X.Nəzərov karxanada operator işləyib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Qəza nəticəsində bir nəfər xəsarət alıb Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakucity.az-a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildirilib. Belə ki, Qaradağ rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun...
Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı Sentyabrın 24-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakucity.az xəbər verir ki, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.  Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Bakucity.az
Cəmiyyət
Sürücünün sükan arxasında halı pisləşib Bakıda polislər sükan arxasında halı pisləşən xanım sürücünün həyatını xilas edib.  Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə “Əhmədli” metrostansiyası yaxınlığında qeydə alınıb.  Belə ki, hərəkətdə olan 90 PK 778 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün sükan arxasında halı pisləşib. Həmçinin oxu: Bakıda gənc qızı vurub öldürən şəxslə bağlı ilginc faktlar - FOTO + VİDEO Ərazidə xidmət aparan pol...
Mədəniyyət
Heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramında qoyulması planlaşdırılır. Bakucity.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib. Heykəlin hazırlanması prosesinin başladığını qeyd edən Xalq rəssamı bildirib, “İçərişəhər” metrostansiyası qarşısında qoyulacaq heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib.  “Hazırda heykəlin işçi modelini haz...