Bakıda hərbi vətənpərvərliklə bağlı konfrans keçirildi

Konfransda rəhbər şəxslər və ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edib

Bakucity.az xəbər verir ki, paytaxtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

Konfransda Prezident Administrasiyası, Müdafiə, Gənclər və İdman nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Polis Akademiyasının təmsilçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak edib.

Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmindən fraqmentlərin nümayişindən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqlar arasında Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Pənah Cahangirov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov, Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə baş idarə rəisi Bünyad Qaralov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Svechnikov, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri Samir Sadıqov və digər icma nümayəndələri olub.

Tədbir milli-mənəvi və dini dəyərlərin təbliğində, dini radikalizmə qarşı mübarizədə, həmçinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Bakucity.az

Hərbi vətənpərvərlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
5 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Türkiyə təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır Azərbaycan Türkiyənin İstanbul şəhərindəki nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu meqapolisdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar. İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqqında məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinləri...
İdman
Tamaşaçılar da hərəkətləri təkrar edib Bakıda Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir. Estafetə 9 komanda - “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və B...
İdman
Çempionatda 8 komanda iştirak edir Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.  BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq çempionatın ilk matçı da baş tutub.  Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.  Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 ko...
Cəmiyyət
Qırmızı Qəsəbədəki qəbiristanlıqda torpağa tapşırılacaq Bakıda vəfat edən deputat Yevda Abramov bu gün dəfn olunmayacaq. BakuCity.az-ın məlumatına görə, mərhum deputatın qızı Bəsti Yusifova Report-a bildirib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması onların adət-ənənəsinə uyğun deyil: "Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək". Beləliklə, Y.Abramovla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Q...
Cəmiyyət
Gələn ildən yüklərin Çinə nəqli nəzərdə tutulub Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” işinə başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanınından BakuCity.az-a verilən məlumata görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək bildirib ki, 21-ci əsrin bütün texniki s...
Cəmiyyət
Tbilisi sakinləridirlər 2019-cu il noyabrın 2-də Bakı bulvarı boyunca guya erməni milliyətindən olan şəxslərin avtomobillə hərəkət edərək erməni dilində danışıb qeyri-etik ifadələr işlətmələri ilə bağlı video yayılmışdı. BakuCity.az İTV-yə istinadən xəbər verir ki, "Ermənilər Bakıda" başlıqlı bu görüntü müəyyən müzakirələrə səbəb olmuşdu. Jurnalist araşdırması nəticəsində bəlli olub ki, həmin şəxslər Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Tbilisi sak...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əhməd Rəcəbli küçəsində qeydə alınıb. BakuCity.az Oxu.az-a istinadən məlumat verir ki, Qənbərov Seyfəddin Kərəməli oğlu idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən geriyə dönmə əməliyyatı etmək istəyib. Lakin arxadan gələn nəqliyyat vasitələrini gözləmədiyindən qəzaya səbəb olub. Belə ki, arxada hərəkət...
Cəmiyyət
Qatarlar yeni cədvəl üzrə hərəkət edəcək Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-dən BakuCity.az-a verilən məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, B...
Ekologiya
Mülayim külək əsəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 8-də axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatu...