Bu sayca beşinci festivaldır
Bakucity.az xəbər verir ki, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində hər il Beynəlxalq Yoqa Günü münasibətilə həyata keçirdiyi nəhəng festival bu il də öz işini reallaşdırıb.
Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır.
Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyi olub.
Format: Şəhərsayağı piknik
Mövzu: Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik! Meyar: Özün üçün xeyirli, digərləri üçün faydalı!
Proqramda: 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ən-ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, etnik konsert və s. maraqlı tədbirlər yer alıb.