Eskalatorların yenidən istismara verilməsi sentyabr ayına planlaşdırılır
Bakucity.az xəbər verir ki, “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.
Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
"Bakı Metropoliten" QSC-dən verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənəcək.
Eskalatorların yenidən istismara verilməsi sentyabr ayına planlaşdırılır.
“Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.
Bakucity.az