Adı çəkilən MMC ölkədə siqaret istehsalını həyata keçirir
Bakucity.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 272050 manat cərimələnib.
Qeyd edək ki, "Baku İnternational Tobacco” Azərbaycanda siqaret istehsalını həyata keçirən şirkətdir.(Report)
Bakucity.az