Bakıda ilk dəfə 4DX formatı “CinemaPlus”da nümayiş olunacaq - FOTO

Bakıda ilk dəfə 4DX formatı “CinemaPlus”da nümayiş olunacaq - FOTO

Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci ölkədir  

Bakucity.az xəbər verir ki, iyunun 18-də Barselonada "CineEurope" avropa sərgisində (Barcelona International Convention Centre) kino texnologiyaları üzrə aparıcı CJ 4DPLEX (www.cj4dx.com) şirkəti və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında “Dəniz Mall” TM-də yeni 4DX formatlı texnologiyanın quraşdırılmasına dair müqavilə imzalanıb.

Azərbaycan dünyada bu texnologiyanı quraşdırmış sayca 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusdan sonra 4-cü dür.   

CJ 4DPLEX baş ofisi Seulda olmaqla yanaşı Los-Anceles və Pekində ofisləri olan gələcək nəsil aparıcı texnologiyadır. 

 Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən “Dəniz Mall”ın açılışı 2019-cu ilin sonuna gözlənilir.

Bakıda ilk dəfə 4DX formatı “CinemaPlus”da nümayiş olunacaq - FOTO, fotoşəkil-1

Bakucity.az 

film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər