Bakıdan Batumiyə yeni reys açıldı - QİYMƏT

Bakıdan Batumiyə yeni reys açıldı - QİYMƏT

Biletlər 10 gün öncədən satışa çıxarılıb

Bakucity.az xəbər verir ki, iyulun1-dən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.

Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40 manatdır.

Bakı-Batumi-Bakı reysinə biletlər “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarında satılır.

Biletlər “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır, amma səfərdən 1 gün əvvələ qədər də almaq mümkündür. 

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. 

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək olar. 

Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslarda  sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub. 

Bakucity.az

yeni reys
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər