Bakıda gedə biləcəyiniz fərqli dizaynı olan məkanlar - FOTO

Bu məkanlar fərqliliyi sevənlər üçün əla seçimdir

Bakıda restoran, kafe şəbəkəsi inkişaf edir. Demək olar ki, hər gün müxtəlif dizaynda restoranlar, kafelər istifadəyə verilir. Təbii ki, onların bir çoxunun özünəməxsus dizaynı və qaydaları var. 

Bakucity.az şəhərimizdə dizaynı ilə hər kəsi valeh edən, həmçinin qeyri-adi qaydaları olan istirahət məkanlarını araşdırıb. 

 “Salam Baku”

Görünüşcə köhnə şəhəri xatırladan 3 mərtəbəli restoranın hər mərtəbəsi xüsusi dizayn edilib. Restoranın 2-ci mərtəbəsində tütün məmulatlarından istifadə qadağandır. Məkanda paytaxtın müxtəlif tarixi ərazilərinin və binalarının fotoları asılıb. 

“Amazon Cafe”

“Amazon Cafe” ekzotik dünyası, mükəmməl dizaynı olan, əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulmuş əyləncə və istirahət mərkəzidir. Amma kafenin dizaynı böyüklərin də unudulmaz vaxt keçirmələri üçün düşünülüb. Kafedə içərisində bir çox oyun aparatları olan zal, uşaqların yaş qruplarına və istəyinə görə üz boyama, usta aşbazlar tərəfindən yemək bişirmə dərsi (günün menyusu) – “Cooking Class”, bir-birindən fərqli məhsullar və maraqlı uşaq geyimləri satılan mağaza, uşaqlar üçün ödənişsiz cizgi filmləri təqdim edən kino zalı fəaliyyət göstərir.

 “90-lar”

1990-cı ilin ab-havasını hiss edəcəyiniz, köhnə əşyalarla əhatələnən restoranda yazı makinası, lampa, kitablar, qədim kreslolar, qarmon, patefon və başqa əşyalar yer alıb. Burada çay və şokoladlı tost sifariş verə bilərsiniz. 

Bu məkanda masada xanım olmadan domino oynamaq olmaz.

“Gate 25”

25-ci mərtəbədə yerləşən və möhtəşəm şəhər mənzərəsi ilə əhatələnən bu məkanda dünyada kəsilən ağaclara, məhv edilən fauna örtüyünə diqqət çəkilib. Yəni, məkanda saysız bitki və ağaclar var. 

“Kolorit kafe”

Məkan öz rəngarəngliyi ilə seçilir. Burada çayın qiyməti müraciət formasına görə dəyişir. “Zəhmət olmasa, çay ver”, “Çay ver”, “Tez ol, çay ver” deyərək siz aldığınız çaya müxtəlif ödəniş edə bilərsiniz. 

“Old School Cafe and Shop”

Nostalji yaşamaq istəyirsinizsə, mütləq bu restorana baş çəkməlisiniz. Məkanda caz və 60-70-ci illərin musiqiləri səsləndirilir. Qədimi əşyaların marağındasınızsa, restoranda satışda olan əşyalardan ala bilərsiniz. 

“Boho Tea Room”

Maraqlı dizaynı ilə diqqət çəkən restoranda göydən asılmış çayniklər var. Bu, çaysevərlərdə xoş əhval yaratmaq üçün nəzərdə tutulub. Amma məkanda çayla yanaşı, içki və yemək də verilir. 

“150 Grill and Bar”

Terası ilə diqqət çəkən restoranda maraqlı aksessuar var. Canlı səslənən caz musiqisi isə məkana xüsusi ab-hava verir. 

“Hollywood Cinema Club”

Fərqli dizaynı ilə marağa səbəb olan klubda güllərdən, oyuncaqlardan və ayılardan ibarət xüsusi otaqlar var.

“Buddha Bar Baku”

Şəhərin ən qlamur məkanlarından sayılan “Buddha Bar Baku”da şərab və suşi növləri verilir. Buraya idman geyimində və açıq ayaqqabı ilə girmək qadağandır. 

“Sherlock”

Dənizkənarında yerləşən restoranda ağ rənglər hakimdir. Restoran maraqlı dizaynı və mənzərəsi ilə də diqqət çəkir.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım var. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövr...
Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az