Bakıda orqanik məhsullar festivalı keçirilir -

Bakıda orqanik məhsullar festivalı keçirilir -

Festival ilk dəfə keçirilir

Bakucity.az xəbər verir ki,  bu gün Bakıda orqanik məhsullar festivalı (“Organic Food Festival 2019”) işə başlayıb. Dənizkənarı Milli Parkda keçirilən festival iyunun 23-dək davam edəcək.

Festivalda 50-dən çox şirkətin 150-yə yaxın məhsul və xidmətləri təqdim olunur. Məqsəd həm istehsalçılar, həm də istehlakçılar arasında orqanik qidanı təbliğ və təşviq etməkdir.

Tədbirin təşkilatları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-dir.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər