Bakıda qatar gənc oğlanı vurub öldürdü

Bakıda qatar gənc oğlanı vurub öldürdü, Oral Aliyev

Paytaxtda bədbəxt hadisə baş verib.

Bakucity.az xəbər verir ki, hadisə iyunun 20-si saat 23 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verib. Dəmiryol stansiyasının yaxınlığında sərnişin qatarı 1996-cı il təvəllüdlü İkram Şahverdiyevi vuraraq yolun kənarına atıb və piyada hadisə yerində vəfat edib.

Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər