Bakıda avtoxuliqan yol polisindən belə qaçdı - VİDEO

Bakıda avtoxuliqan yol polisindən belə qaçdı - VİDEO, Oral Aliyev

Bakıda avtoxuliqan edən sürücü kameraya düşüb

Bakucity.az xəbər verir ki, "99 AC 980" dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə tabe olmayaraq sürəti artırıb. 

Sürücünün sərxoş olduğu ehtimal olunub. Bundan sonra sürücü təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarını riskə atıb. Hətta Səbail rayon DYP-nin qarşısında geriyə dönərək nəqliyyat axınının əksinə hərəkət edib.

Daha da təhlükəli vəziyyət yarandığnı görən yol polisləri onu təqib etməyi dayandırıblar. Bundan sonra nəqliyyat vasitəsi axtarışa verilib.

Artıq sürücünün kimliyi bilinib və onun barəsində inzibati qaydada tənbeh tədbiri görülüb.(Avtosfer.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər