Bakının Nizami rayonunda yanğın baş verib
Bakucity.az xəbər verir ki, Qara Qarayev prospekti 35a ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisi yanıb.
Əraziyə FHN-in bir neçə yanğınsöndürən maşınları və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub.
Bildirilir ki, yanğın qısaqapanmadan qaynaqlanıb.
Binada yaşayan 10-dan artıq sakin dərhal təxliyyə edilib. Onların arasında zəhərlənənlərin olduğu deyilir.
Qeyd edək ki, yanğın artıq söndürülüb. Buna baxmayaraq, təhlükəsizlik məqsədilə binaya elektrik və qazın verilişi müvəqqəti dayandırılıb. (APA)
Bakucity.az