Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib

Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib

“Məzun günü”ndə millət vəkilləri, dövlət və hökumət nümayəndələri qatılıb

Bakucity.az xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. 

Havar Məmmədov Azərbaycanda  mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Bakı Mühəndislik Universitetinin fəaliyyəti, uğurları və gələcək planları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, bu il universitetdən 963 tələbə məzun olur. Onlardan 818 tələbə bakalavr, 145 tələbə isə magistr pilləsindən məzun olur. 88 tələbənin universiteti fərqlənmə ilə bitirməsini xüsusi qeyd edən rektor ölkəmizdə yaradılan müasir sənaye müəssisləri üçün BMU-da yüksək səviyyədə kadr hazırlığının  aparıldığını da diqqətə çatdırıb.

Millət vəkili, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə çıxış edərək məzunları təbrik edib və onlara tövsiyələrini verib. Bildirib ki,  BMU uğurları ilə cəmiyyətdə və  Azərbaycan təhsil sistemində  öz mövqeyini gücləndirir.

Abşeron rayon icra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov və rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova BMU məzunlarını təbrik ediblər.

Universiteti ixtisası, fakültəsi və ümumi universitet üzrə birinci bitirən tələbələr universitet tərəfindən mükafatlandırılıblar. Qeyd edək ki, universitet birincisi 99.14 balla İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasından məzun olan Almaz Mirzəyeva olub. (Qafqazinfo.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər