Konsertdə 300-ə yaxın dron səmada Azərbaycan bayrağının təsvirini yaradıb
Bakucity.az xəbər verir ki, “Azercell”in təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Səma Altında” adlı sərbəst girişli konsert iyunun 21-də Heydər Əliyev Mərkəzinin parkında reallaşıb.
Konsertin aparıcısı Tural Dadaşov olub.
Konsertdə Azərbaycanın xalq artistləri Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, tanınmış ifaçılar Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, reper Elşad Xose səhnə alıblar.
Gecədə, ölkədə ilk dəfə olaraq 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm bir şou sərgiləyib.