Solyari ilə qaralmağın faydaları və zərərləri ilə bağlı dermataloq məsləhəti
Çoxdan bəllidir ki, D vitamini bədənə faydalı və gərəklidir, amm günəşdə uzun müddət qalmaq sağlamlığa mənfi təsir göstərə bilər. Ona görə də bir çox insan solyari vasitəsilə qaralmağı üstün tutur. Solyari ultrabənövşəyi radiasiyanın təsirlərilə qaralmaq imkanı verir. Əlbəttə ki, əks göstəricinin ola biləcəyini də unutmaq olmaz.
Bu məsələyə aydınlıq gətirmək üçün Bakucity.az Azərbaycan Tibb Universitetinin dermatoveneroloqu, Respublika dəri-zöhrəvi dispanserinin həkimi Ləman İbrahimovadan açıqlama alıb.
Doktor qeyd edib ki, elektrik şüalarının təsirini minimuma endirmək çox vacibdir:
“Əgər bu qaralma üsulundan istifadə edirsinizsə, bütün lazımi tədbirləri görməli, prosedurdan həddən artıq istifadə etməməklə dərinizə zərər verməyəcəksiniz. Süni ultrabənövşəyi şüaların maksimal qəbulu 3-4 dəqiqəni keçməməlidir. Bu proseduru ayda bir dəfədən çox təkrar etməyi məsləhət görmürəm”.
Dermatoloq həmçinin solyaridən istifadənin bir sıra əks-göstərişlərini qeyd edib:
“Təbii ki, bu prosedur hormonal pozğunluqları, zob problemləri, dəridə açıq yaraları, xərçəng xəstəliyi olanlarda və hamilə qadınlarda əks-təsir göstərə bilər. Bundan başqa, yaş məhdudiyyəti də var”.
Ləman İbrahimovanın sözlərinə görə, 16 yaşına çatmamış insanlar üçün solyaridən istifadə tövsiyə edilmir.
Qeyd etmək lazımdır ki, presedurun öz üstünlükləri də var:
“Şüaların mikrobəleyhinə təsiri var, bakteriyaları öldürür. Əgər üzdə və bədəndə iltihabsız səpmələr varsa, qaralma həmin problemli sahələrin sağalmasına kömək edir. Hətta bəzi hallarda qaralma məsləhət görülür, amma burda hər şey fərdidir. Əvvəlcədən həkimlə məsləhətləşmələk yaxşı olardı ”.
Həkim-dermatoloq həmçinin əlavə edib ki, solyaridən sonra qidalandırıcı krem və losyonlaordan istifadə dərini canlandırır.
Paytaxtın solyari salonları nə təqdim edir?
“NarsellaBeauty&SPA” salonunun inzibatçısı Sevda Əbilova saytımıza bildirib ki, onlarda solyari üçün bir aparat var:
“Bizdə qaralma üçün yalnız bir qurğu var - SportarredoVega 39”. Onunla ayaqüstə dayanaraq qaralmaq olar. Bir dəqiqə üçün 1 manat ödəmək lazımdır, 11 dəqiqəyə qədər qaralmaq olar”
Sevda Əbilovanın sözlərinə görə, onların salonunda xüsusi kosmetikadan istifadə edilmir, adətən müştərilər zəruri vasitələri özləri gətirirlər.
Dəqiqə | Qiymət |
1 | 1 AZN |
7 | 7 AZN |
9 | 9 AZN |
11 | 11 AZN |
“Sunloung Solarium Baku”da qaralma üçün 4 vasitə - “Sunvaxx”, “That’sa”, “Tannymax” və “Wellmaxx” var.
Salonda ayaqüstü vəziyyət üçün “MEGASUN” qurğusundan istifadə olunur. Qaralma 5-ci dəqiqədən qədər başlayır (25 dəqiqə davam edir). Həmçinin, 100 manat ödəyən müştəri 50 manat hədiyyə əldə edir, əgər 200 manat ödənilsə 100, 300 manat ödənilsə 150 manat hədiyyə verilir.
Dəqiqə | Qiymət |
5 | 8 AZN |
8 | 10 AZN |
10 | 12 AZN |
15 | 16 AZN |
18 | 17 AZN |
20 | 18 AZN |
22 | 19 AZN |
25 | 21 AZN |
“SunRoom” estetik mərkəzinin əməkdaşı bidirib ki, onlar ziyarətçilərə uzanıqlı və ayaqüstü formalarda solyari təklif edirlər.
“Uzanıqlı qurğularda əsas yük ayağa yönəlir, ayaqüstü vəziyyətdə isə bədənin üst hissəsi, əl və üz daha yaxşı qaralır. “MegaSun” firmasının avadanlıqlarından istifadə edirik. Həmçinin, “Tannymax” şirkətinin losyon və kremlərini təklif edirik”
Dəqiqə | Qiymət |
3 | 8 AZN |
8 | 10 AZN |
10 | 12 AZN |
12 | 14 AZN |
15 | 16 AZN |
18 | 17 AZN |
20 | 19 AZN |
25 | 21 AZN |
“MegaSun” firmasının inzibatçısı bildirib ki, onlarda şaquli və üfiqi qurğular mövcuddur. Bu mərkəzdə lampalar daha güclüsüylə dəyişdirilib. Burada “Soleo” və “SunCity” salonlarının kremlərindən və ya şəxsi vasitələrdən istifadə etmək olar
Dəqiqə | Qiymət |
3 | 8 AZN |
5 | 10 AZN |
8 | 12 AZN |
10 | 15 AZN |
12 | 16 AZN |
15 | 18 AZN |
18 | 20 AZN |
20 | 22 AZN |
22 | 23 AZN |
25 | 25 AZN |
Züleyxa İsmayılova
Bakucity.az