Bakıda ağır yol qəzası baş verib, yaralılar var

Bakıda ağır yol qəzası baş verib, yaralılar var, Oral Aliyev

Sabunçu rayonunda ağır yol qəzası baş verib

Bakucity.az xəbər verir ki, Kürdəxanı dairəsində “VAZ 21012” markalı minik avtomobili hərəkətdə olarkən “Volkswagen Passat” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində “VAZ 21012”-in sürücüsü İlqar və onun həyat yoldaşı Səbinə adlı xanım xəsarət alıb.

Yaralılar dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Sürücüyə kəllə-beyin travması, biləyin əzilməsi, avtomobilin ön şüşəsinə çırpılaraq xəsarət alan Səbinə adlı xanıma isə alın nahiyəsinin əzilmiş-kəsilmiş yarası diaqnozu qoyulub. 

İlkin məlumata görə, qəzaya səbəb “Volkswagen”-in sürücüsünün geriyə dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər