Bakıda anomal istilər başlayır, sakinlərə xəbərdarlıq edildi

Bakıda anomal istilər başlayır, sakinlərə xəbərdarlıq edildi

Bir neçə gündür Bakıda isti hava şəraiti hökm sürür

Bakucity.az xəbər verir ki, hidremetereoloqlar istilərin davam edəcəyini açıqlayıblar. 

Ekologiya və təbii sərvətlər nazirliyi milli hidrometeorologiya departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, 

iyunun 25-26-da  Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. 

Müşahidə olunan isti hava şəraiti əksər insanlar üçün əlverişsiz, meteohəssas ınsanlar üçün isə riskli hesab olunduğundan, gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər