Onun bir neçə şəxsə iri məbləğdə borcu olub
Bakucity.az xəbər verir ki, Ucar rayonun sakini, 40 yaşlı Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. hazırda polis onun axtarışı ilə məşğuldur.
İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.
Məlumdur ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub. (Oxu.az)
Bakucity.az